“Azərbaycanfilm” Kinostudiyasının internet saytının təqdimatı keçirilib
Bu gün "Nizami" kino mərkəzində "Azərbaycanfilm" kinostudiyasının "azerbaijanfilm.az\" ünvanlı saytının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq sayt haqda məlumat verilib. Rəsmi saytda Azərbaycan kinosu, onun yaranışı, tarixi keçmişi, uğurları, bu günü və gələcəkdə bu sahədə görüləcək işlər barədə məlumatlar yer alıb. Sayt həmçinin kino sənətkarları haqqında da lazımı bilgilər verir. "azerbaijanfilm.az" saytında bu gün çəkilməkdə olan filmlər, çəkiliş prosesi, yaradıcı qrup haqqında informasiya da əldə etmək olar. Əlaqə bölməsi isə istər kinostudiya və kino sahəsinə məsul şəxslərlə, həmçinin kino sənətkarları ilə əlaqə yaratmağa yardımçı olacaq.
Tədbirdə çıxış edən "Azərbaycanfilm" Kinostudiyasının rəhbəri Müşfiq Hətəmov bildirib ki, Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilən saytda Azərbaycanın tarixi filmləri, digər yerli filmlər və dünya kinosu, Azərbaycan kino tarixində xüsusi çəkiyə malik olan sənətkarlar, bu gün çəkilməkdə olan filmlər, çəkiliş prosesi, yaradıcı qruplar haqqında informasiyalar əldə etmək mümkündür.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, "Azərbaycanfilm" kinostudiyasının bu gün təsdiqlənmiş direktoru Müşfiq Hətəmov, kino xadimləri, rejissorlar, operatorlar və aktyorlar iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB