Bolqarıstan \"Evrovizon\" da türkcə oxuyacaq

Bolqarıstan \"Evrovizon\" da türkcə oxuyacaq
Bu ilin may ayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Bolqarıstanı təmsil edəcək müğənni və mahnı müəyyən edilib. Əhali arasında GSM mesajları ilə keçirilən səsvermədə qaraçı əslli müğənni Sofi Marinova və \"Love Unlimited\" (Hüdudsuz sevgi) mahnısı birinci seçilib. Qeyd edək ki, mahnının nəqəratında türkcə sözlər var. Oynaq ritmə sahib mahnının nəqəratı "Seviyorum seni" sözləri ilə başlayır. Pərəstişkarları tərəfindən "Qaraçı gözəli" adlandırılan Sofi Marinova əsasən "Oriental" (Şərq) və "Fantaziya" janrında mahnılar oxuyur.

Bütün xəbərlər Facebook səhifəmizdə