\"Qara Qarayevin həyat və yaradıcılığında ədəbiyyat\" adlı tədbir keçirilib
Bu gün maestro Niyazinin mənzil muzeyində \"Qara Qarayevin həyat və yaradıcılığında ədəbiyyat\" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq məruzə ilə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova bəstəkarın yaradıcılığı haqda tədbir iştirakçılarına ətraflı məlumat verib. Direktorun çıxışı mövzu ilə əlaqədar slayd- şou ilə müşayiət olunub.
Daha sonra Qara Qarayevin ədəbi əsərləri əsasında yazdığı musiqidən nümunələr Musiqili Komediya Teatrının, Opera və Balet Teatrının solistləri, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında səsləndirilib.
Qeyd edək ki, tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, musiqişünaslar və muzey əməkdaşları iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB