Bolqarıstanın Milli Mədəniyyət Sarayında keçirilən final şousu fərqli formatda təşkil olunub. 12 finalçının hər birinin çıxışı 3D mapping şou texnologiyasında işlənib. SİA-nın məlumatına görə, bu ilki Eurovision təmsilçiləri-Maltadan Kurt Kalleya, Fransadan Anqun, Danimarkadan Soluna Samay və Kiprdən İvi Adamou da finalçılarla eyni səhnəni paylaşacaq.
Bolqarıstanın Eurovision təmsilçisi və mahnısı münsiflər heyəti, həmçinin tamaşaçıların birgə rəyi əsasında müəyyənləşəcək.
Bu axşam Makedoniya təmsilçisi Kaliopi isə "Bakı Kristal Zalı"nın səhnəsindəki mahnısını təqdim edəcək. "Qara və Ağ" adlı mahnının sözləri müğənninin özünə, musiqisi isə Romeo Grillə məxsusdur. Xatırladaq ki, Kaliopi 1996-cı ildə də ölkəsini "Samo Ti" mahnısı ilə Avropanın bu sevilən televiziya şousunda təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB