Eston kinosunun yubileyi Eurovision səhnəsində qeyd ediləcək

Eston kinosunun yubileyi Eurovision səhnəsində qeyd ediləcək

Estoniya \"Eurovision 2012\" təmsilçisini martın 3-də açıqlayacaq. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Eesti Laul (Song of Estonia) adlanan Milli Final konsertinin əsas motivlərini eston filmlərindən yaddaqalan musiqilər təşkil edəcək.


Eston kinosunun 100 illik yubileyinə töhfə vermək istədiklərini bildirən təşkilatçılar qala konserti xüsusi formatda keçirməyi nəzərdə tutur. Həmin axşam finalçıların ifasında eston kinofilmlərindən melodiyalar təqdim olunacaq. İdeya həm iştirakçılar, həm də musiqiçilər tərəfindən sevinclə qarşılanıb.


Konsert Estoniyanın ETV televiziyasında canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə