\"Eurovision\" mahnı müsabiqəsinə 1990-cı ildə aparıcılıq edən Helqa Vlahovic (Helga Vlahović) 67 yaşında vəfat edib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, mərhum uzun illər jurnalist və prodüser kimi çalışıb. O, 1990-cı ildə keçmiş Yuqoslaviyanın Zaqreb şəhərində keçirilən Eurovision Mahnı Müsabiqəsində Oliver Makar ilə birgə aparıcılıq edib.
Bundan əvvəl isə H.Vlahovic bir neçə dəfə Yuqoslaviyanın Eurovision üzrə Milli Seçimlərində münsiflər heyətinin sözçüsü olub. 1964-cü ildən Zaqreb Radio və Televiziyasında işləyib. 2009-cu ildə həkimlər Helqa Vlahovicə xərçəng diaqnozunu qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB