Amsterdam \"Junior Eurovision-2012\"-yə ev sahibliyi edəcək

Amsterdam \"Junior Eurovision-2012\"-yə ev sahibliyi edəcək

\"Junior Eurovision-2012\"-nin bu il dekabrın 1-də Amsterdamda keçiriləcəyi açıqlanıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Avropa Yayımları Birliyi (EBU) elan edib ki, Uşaq Eurovision yarışması Amsterdamın "HMH" konsert məkanında keçiriləcək. 3-4 min arasında tamaşaçı tutumuna malik olan bu arena mükəmməl akustikası və konsepsiyası ilə məşhurdur. Biletlərin satışına yay mövsümündən start veriləcək.


Amsterdamda baş tutacaq bu şounun aparıcıları da məlumdur. Onlar 2007-ci ildəki müsabiqəyə aparıcılıq edən Kim-Lian van der Meij və Evout Genemansdır.


Müsabiqənin rəhbəri Sietse Bekker deyib ki, 2007-ci ildə olduğu kimi müsabiqə yenə də istedadlı insanlardan ibarət heyrətamiz qrup toplayıb. Bu gənclərə hörmət ifadəsi, eyni zamanda Eurovision bayrağı altında yeni nəsil avropalı yetişdirən bayramdır.


Qeyd edək ki, 2012-ci ildəki şou Uşaq Eurovision müsabiqəsinin sayca 10-cusudur.

Bütün xəbərlər Facebook səhifəmizdə