Rusiyanın \"Eurovision 2012\" Milli Finalında bir neçə tanınmış müğənni də iştirak edir

Rusiyanın \"Eurovision 2012\" Milli Finalında bir neçə tanınmış müğənni də iştirak edir

Rusiyanın \"Eurovision 2012\" Milli Finalında bu mahnı müsabiqəsində təmsilçilik adı uğrunda mübarizə aparacaq bəzi müğənnilərin adı məlum olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiya Milli Finalında iştirakı təsdiqlənən ifaçılar arasında tanınmış müğənnilər də var.


İştirakı təsdiq olunan müğənnilərin siyahısında Sara Oks, Timati & Aida Qarifullina, Sergey Savin, "Buranovskiye Babushki", Elena Terleeva və digərlərinin adları var. Bəzi məlumatlara əsasən, Milli Finala Dima Bilan, Polina Gagarina, Timur Rodriqez, "Zveri" qrupu, "Quest Pistols" qrupu, Aleksandr Panayotov kimi məşhur müğənnilərin də qatılacağı bildirilir.


25 finalçıdan ibarət tam siyahı isə Rusiyanın martın 7-də keçiriləcək Milli Finalından əvvəl ölkənin milli yayımçı telekanalının saytında yerləşdiriləcək. Rusiya təmsilçisi münsiflərin və tamaşaçıların səsverməsinə əsasən seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə