Yaşar Nurinin vəziyyəti ağır olaraq qalır

Yaşar Nurinin vəziyyəti ağır olaraq qalır

Azərbaycanın xalq artisti Yaşar Nurinin vəziyyəti ağır olaraq qalır. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın verdiyi məlumata görə, aktyorun səhhəti hələ də stabil olaraq qalır: "Həkimlər hələ heç bir söz demir. Mən gedib-gəlirəm yanına. Hələlik elə bir ciddi irəliləyiş yoxdur. Vəziyyəti stabil olaraq qalır".


Xatırladaq ki, hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində həkim nəzarəti altında olan Yaşar Nurinin səhhəti ötən il sentyabrın 15-də pisləşmişdi.


Qeyd edək ki, Xalq artisti 2011-ci ilin əvvəlində Türkiyənin İstanbul Memorial Xəstəxanasında uzun müddət müalicə almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə