Amerika Kino Akademiyasının ən böyük mükafatı və dünya kinematoqrafının ən yüksək ödülü olan \"Oskar\"-2012 növbəti dəfə öz sahiblərinə çatdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeni təqdimat mərasimi ABŞ-ın Los-Anceles şəhərində baş tutub.
\"Kodak\" teatrında keçirilmiş mərasimin aparıcısı məşhur komik Billi Kristal idi. O, artıq 9-cu dəfədir mərasimin aparıcı idi.
\"İlin ən yaxşı filmi\"nominasiyasında bir neçə film mübarizə aparıb. Onların sırasında \"Parisdə gecəyarısı\", \"Zaman mühafizi\", \"Nəsillər\", \"Həyat ağacı\" \"Həddən ziyadə bərk və çox yaxın\", \"Qulluqçu\", \"Hər şeyi dəyişən adam\", və \"Döyüş atı\" filmləri olub.
\"Ən yaxşı kişi rolu\" nominasiyasında üzrə \"Artist\"
filmindəki roluna görə fransız aktyor Jan Düjarden qalib gəlib.
\"Ən yaxşı operator işi\"və \"Ən
yaxşı quruluşçu rejissura\" nominasiyasında kinorejissor Martin Skorsezenin \"Zaman mühafizi\" filmi qalib gəlib.
\"Ən yaxşı kostyumlar\" mükafatına isə \"Artist\"filmi seçilib.
\"Ən yaxşı qrim\" nominasiyasında \"Dəmir qadın\" filmi fərqlənib.
\"Xarici dildə ən yaxşı film\" nominasiyasında
iranlı kinorejissor Əsgər Fərhadinin \"Nadir və Siminin boşanması\" filmi qalib gəlib.
\"Arxa planda ən yaxşı qadın rolu\"nda qələbə \"Qulluqçu\" filmindəki roluna
görə Oktaviya Spenserə
çatıb.
\"Arxa planda ən yaxşı kişi rolu\"na görə \"Başlayanlar\" filmindəki roluna görə 82 yaşlı aktyor Kristofer Plammer alıb.
\"Ən yaxşı montaj\" filmi
\"Əjdaha döyməli qız\"
trilleri qalib gəlib.
\"Ən yaxşı səs\" və \"Ən yaxşı səs montajı\" nominasiyasında \"Zaman mühafizi\" seçilib.
\"İlin ən yaxşı animasiya filmi\" nominasiyasının
qalibi \"Ranqo\" filmi olub.
\"Ən yaxşı xüsusi
effektlər\" nominasiyasında \"Zaman mühafizi\"
filmi fərqlənib.
\"Ən
yaxşı musiqi\" nominasiyasında
isə \"Artist\" filmi
"Oskar" alıb.
\"İlin ən yaxşı mahnısı\"na isə \"Mappetlər\"dəki \"İnsan, yoxsa mappet\" mahnısı layiq görülüb.
"İlin ən yaxşı ssenarisi" mükafatında isə \"Nəsillər\" və \"Parisdə gecəyarısı\" filmərinə rəqib tapılmayıb.
\"Ən yaxşı kinorejissor\" adı \"Artist\"i çəkmiş Mişel Xazanyaviçusa çatıb.
\"İlin ən yaxşı aktrisası\" adına indiyədək adı 17 dəfə
nominasiyalarda olmuş Meril Strip layiq
bilinib. O, \"Dəmir qadın\"filmindəki roluna görə mükafatlandırılıb.
Beləliklə, builki \"Oskar\" mərasiminin triumfatorları \"Zaman mühafizi\" və \"Artist\" oldular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB