Avstriyanı \"Eurovision- 2012\"də \"Trackshittaz\" qrupu təmsil edəcək

Avstriyanı \"Eurovision- 2012\"də \"Trackshittaz\" qrupu təmsil edəcək
Bu il Azərbaycanda keçiriləcək \"Eurovision- 2012\" mahnı müsabiqəsində iştirak edəcək təmsilçisini seçən ölkələrdən biri də Avstriya olub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə,ölkənin müsabiqə üzrə superfinalı olub. Seçimlərin final mərhələsində təmsilçilik uğrunda iki ifaçı yarışıb. Seçimlərin nəticəsində \"Trackshittaz\" qrupu Bakı səhnəsində çıxış etmək şansı qazanıb.


Onlar may ayında Bakıda \"Woki Mit Deim Popo\" (\"Shake Your Ass\") mahnısını ifa edəcək. Bu qrup Avstriyanın Milli Seçimlərində ötən il də iştirak edib və finalda 2-ci yeri tutub.


Qeyd edək ki, Avstriya təmsilçisi mayın 22-də Eurovision Mahnı Müsabiqəsi 2012-nin birinci yarımfinalında finala çıxmaq uğrunda yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə