"Bəxt üzüyü" bədii filminin ekranlara çıxmasının 20 illiyinə həsr olunan bədii axşam keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən filmin 20 illiyinə həsr olunan tədbir martın 9-da "Nizami" Kino Mərkəzində təşkil olunacaq.
"Bəxt üzüyü" kinokomediyası Azərbaycanın müstəqillik dövründə çəkilmiş ilk filmlərdəndir və bu günə kimi ən çox baxılan filmlər sırasındadır. Ssenari müəllifi Ramiz Əzizbəyli (Orxan Fikrətoğlunun iştirakı ilə), operatoru Amin Novruzov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Nizami Bəydəmirov, bəstəkarı Eldar Mənsurovdur.
Rollarda Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyova, Nəsir Sadıxzadə, Rafael Dadaşov, Muxtar Maniyev, Cahangir Novruzov, Arif Quliyev, Nuriyyə Əhmədova və başqaları çıxış edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB