1 dəqiqəlik cizgi filmləri müsabiqəsinə yekun vurulub

1 dəqiqəlik cizgi filmləri müsabiqəsinə yekun vurulub

Bir dəqiqəlik cizgi filmləri müsabiqəsinə daxil olan işlərlə münsiflər heyəti üzvləri tanış olub, onları qiymətləndirib və yekun yığıncağı keçiriblər. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, münsiflər heyəti müsabiqəyə təqdim olunan filmlərin bir qisminin reqlamentə cavab vermədiyini bildirib.


Eyni zamanda qeyd olunub ki, iştirakçılar müstəqil olaraq yüksək səviyyəli 10 və yaxud 5 dəqiqəlik cizgi filmi yaratmaq qabiliyyətini nümayiş etdirməyiblər. Bu səbəbdən nəzərdə tutulan mükafatlar verilmir.


Bununla yanaşı, müəyyən maraq doğuran bir neçə filmin müəlliflərini qeyd etmək məqsədilə Nazirlik tərəfindən hər biri 500 manat məbləğində 3 həvəsləndirici mükafat təsis edilib və onları müsabiqənin reqlamentinə cavab verən və daha çox bal toplamış işlərin müəlliflərinə vermək qərara alınıb:


həvəsləndirici mükafat - "13", müəllif İlkin Yusif;

həvəsləndirici mükafat - "Dərədə əhvalat", müəllif Emil Məlikov;

həvəsləndirici mükafat - "İt fəlsəfəsi" müəllif Kəbirə Həşimova.

Bütün xəbərlər Facebook səhifəmizdə