Belarusun Eurovision Milli Seçimləri ilə əlaqədar prezident yanında müşavirə keçirilib

Belarusun Eurovision Milli Seçimləri ilə əlaqədar prezident yanında müşavirə keçirilib

Belarusun \"Eurovision- 2012\"dəki təmsilçisi Alyona Lanskayanın seçimlərindəki qeyri-obyektivliklərlə bağlı prezident Aleksandr Lukaşenkonun yanında müşavirə keçirilib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, prezident baş vermiş vəziyyətlə əlaqədar tənqidi fikirlərini çatdırıb və müvafiq strukturlara, o cümlədən Belarus Televiziyasının Baş direktoru Gennadi Davedkoya iradını bildirib.


Verilən məlumata görə, səsvermənin nəticələrindən edilən şikayətlər araşdırılıb və Alyona Lanskayanın seçimlərində ədalətsizliklərə yol verildiyi üzə çıxıb.


Qeyd edək ki, Belarusun Eurovision 2012 üçün Milli Seçimlərində baş vermiş qeyri-obyektiv səsvermə üzündən bu ölkənin təmsilçisi digəri ilə əvəzlənib. Qərara əsasən, Belarusu Eurovision 2012-də Alyona Lanskaya deyil, "Litesound" qrupu təmsil edəcək.


"Litesound" rok qrupu 2005-ci ildə Dmitri və Vladimir Karyakin qardaşları tərəfindən yaradılıb. Qrup üzvləri nəinki Belarusda, onun hüdudlarından kənarda da xeyli populyardır. Belarusun Eurovision 2012 mahnısı da artıq hazırdır. Mahnı "We are The Heros" adlanır. Qeyd edək ki, "Litesound" builki Milli Seçimlərdə 10 səs toplayaraq ikinci yeri tutub.



Bütün xəbərlər Facebook səhifəmizdə