Dünya Operasının ulduzu Bakıda çıxış edəcək

Dünya Operasının ulduzu Bakıda çıxış edəcək

Martın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Riqoletto" operasının tamaşası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, tamaşada əsas partiyalardan biri olan Cilda partiyasını dünya operasının ulduzu, hazırda Avropa və ABŞ-da çox populyar olan Albina Şaqimuratova ifa edəcək.

A.Şaqimuratova ilə yanaşı tamaşada Gürcüstanın Xalq Artisti Teymuraz Ququşvili (Hersoq), habelə Azərbaycanın Əməkdar Artistləri Əvəz Abdullayev (Riqoletto), Əli Əsgərov (Sparafuçile), Əkrəm Poladov (Qraf Monterone) və Fidan Hacıyeva (Maddalena) çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə