Nazir: \"Bu gün Azərbaycanda kino istehsalatından müəyyən qədər razıyıq\"

Nazir: \"Bu gün Azərbaycanda kino istehsalatından müəyyən qədər razıyıq\"

\"Bu gün Azərbaycanda kino istehsalatından müəyyən qədər razıyıq. Çünki son illərdə çəkilən filmlər müxtəlif beynəlxalq festivallarda Azərbaycana yüksək nailiyyətlər gətirir. Bu da o deməkdir ki, Azərbaycan kino sahəsi inkişaf etməkdədir\". SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.


Nazir onu da qeyd edib ki, hazırda \"Azərbaycanfilm\" kinostudiyasında bir sıra yeni filmlər çəkilir: \"Kinostudiyada 7 tammetrajı, 10- 15 qısametrajlı filmlər çəkilir\".


\"Yerli serialların çəkilişləri üçün ayrılan vəsait Milli Televiziya və Radio Yayımları Şurasına verilib. Ona görə də bu məsələ Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətində deyil\",- deyə Əbülfəs Qarayev əlavə edib.



Bütün xəbərlər Facebook səhifəmizdə