Bilal Əliyev: \"Bir sıra ölkələrdən müraciət olunub ki, onların himnləri məhz mənim ifamda səslənsin\"
"Hazırda yeni proqram üzərində çalışıram. Yeni mahnılarımda dünyanın böyük vokal əsərlərinə müraciət etmişəm". Bunu SİA-ya açıqlamasında bu yaxınlarda İsveç və İspaniyadan qastrol səfərindən qayıdan xalq artisti Bilal Əliyev bildirib.
Onun sözlərinə görə, yeni hazırlanan proqramda həmçinin ayrı-ayrı ölkələrin himnləri də yer alacaq: "Bir sıra ölkələrdən müraciət olunub ki, həmin ölkələrin himnləri məhz mənim ifamda səslənsin. Bununla yanaşı, isveç, türk və digər ölkələrin dillərində də mahnılar ifa edəcəyəm. Kapella və oranjeman məsələsi həll olunduqdan sonra hazırlıq işlərinə başlanılacaq. Artıq bu barədə danışıqlar gedir".
Solo konsert vermək barədə düşünməyən xalq artisti: "Azərbaycanda təşkil olunan konsertlərdə çıxış etdiyimdən solo konsert verməyi hələ ki nəzərdə tutmuram. Səfərlərimi bitirdikdən sonra bu haqda düşünürəm. Çünki xarici ölkələrə qastrol səfərlərim çoxdur və orada da kifayət qədər konsertlər verirəm", - əlavə edib.
Bilal Əliyev onu da vurğulayıb ki, Avropanın 4 ölkəsinə qastrol səfərləri nəzərdə tutulub: "Avropanın bütün ölkələrinə getməyimi planlaşdırıram. Ancaq hələ 4 ölkə dəqiqdir. Türkiyə, Rusiya, Amerikada konsert proqramlarında çıxış edəcəyəm. İranla isə hal- hazırda danışıqlar gedir. Bildiyiniz kimi, orada vəziyyət qarışıq olduğuna görə, hələ təklifi qəbul etməmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB