Xorvatiya \"Eurovision- 2012\"də ifa edəcəyi mahnını təqdim edib

Xorvatiya \"Eurovision- 2012\"də ifa edəcəyi mahnını təqdim edib

Xorvatiyada təşkil olunan xüsusi şouda bu ölkənin Eurovision 2012 təmsilçisi Nina Badriç (Nina Badrić) "Nebo" mahnısını təqdim edib. SİA-nın məlumatına görə, mahnının sözləri və bəstəsi Ninanın özünə aiddir.


Şounun qonaqları sırasında Eurovision 2012-nin bir neçə təmsilçiləri-Kaliopi (Makedoniya), Rambo Amadeus (Monteneqro), Maya Sar (Bosniya və Herseqovina) qonaq olub.


Qeyd edək ki, Xorvatiya Eurovision Mahnı Müsabiqəsinin mayın 24-də keçirilən ikinci yarımfinalında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə