Anmari \"Eurovision- 2012\"də Latviyanı təmsil edəcək

Anmari \"Eurovision- 2012\"də Latviyanı təmsil edəcək

Latviyanın \"Eurovision 2012\" təmsilçisi Anmari (Anmary) olacaq. SİA-nın məlumatına görə, o, milli seçimlərin finalında "Beautiful Song" mahnısını ifa edib. Qalib superfinalda 3 ifaçı arasından seçilib.


Məlumat üçün bildirək ki, Anmari rus əsilli müğənnidir. Latviyada keçirilən "Talantu Fabrika 2" müsabiqəsində ikinci yerə sahib olub. Latviya Musiqi Akademiyasını bitirib.


Qeyd edək ki, Latviya təmsilçisi Bakıda keçiriləcək müsabiqədə I yarımfinalında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə