Azərbaycanın Milli Finalının qonağı olan Türkiyənin \"Eurovision- 2012\" təmsilçisi Can Bonomo Bakıdan qayıtdıqdan sonra təəssüratlarını yazıya köçürüb. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, Canın sevgi və məmnunluq dolu bu yazısı müğənninin rəsmi internet səhifəsində dərc olunub. Türkiyə təmsilçisi həyatında ilk dəfə gördüyü Bakının eklektik və görkəmli memarlıq nümunələrini çox sevdiyini deyib.
Can Bakıdakı qonaqpərvərliyi, insanların istiqanlılığını da özünəməxsus şəkildə səciyyələndirib və "Ay siz nə qədər gözəl insanlarsınız" deyib.
Can Azərbaycana bir də gəlmək şansının olduğuna sevindiyini, yeni dostluqlar qurulduğunu qeyd edib.
O, Bakıya olan sevgisinə şeir də həsr edib:
"Nə gözəl şəhərimizsən, Bakı! Sabahın, axşamın xeyir…"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB