"Eurovision" öncəsi keçirilən ənənəvi böyük konsertin hazırlıqları başlayıb
Eurovision Mahnı Müsabiqəsi öncəsi mühüm tanıtım tədbirlərindən biri "Eurovision In Concert" layihəsi hesab olunur. Bu il 4-cü dəfə gerçəkləşəcək layihə Avropanın müxtəlif ölkələrindən olan fanatları bir araya toplayır.
Kipr, İsveçrə, Türkiyə və San Marinonun bulki "Eurovision" təmsilçiləri aprelin 21-də Amsterdamda keçiriləcək konsertdə iştiraklarını artıq təsdiqləyib.
Qeyd edək ki, ənənəvi layihə mətbuat konfransı və konsert daxil olmaqla, iki hissədən ibarətdir. 4-cü konsertin aparıcıları Niderlandın "Eurovision" 1993-dəki təmsilçisi Ruth Jacott və niderlandlı yazıçı, televiziya aparıcısı Cornald Maasdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB