Almaniyanı \"Eurovision- 2012\"də Roman Lob təmsil edəcək

Almaniyanı \"Eurovision- 2012\"də Roman Lob təmsil edəcək

Almaniyanın builki Eurovision Mahnı Müsabiqəsindəki təmsilçi bəlli olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Unser Star für Baku" müsabiqəsi Roman Lobun qələbəsi ilə yekunlaşıb.


Almaniyanın Milli Finalında iki nəfər-Roman Lob və Ornella de Santis mübarizə aparırdı. Müsabiqədəki çıxışlar peşəkar münsiflər tərəfindən qiymətləndirilib. Lakin son qərarı tamaşaçılar verib. Tamaşaçıların səsverməsi nəticəsində 50.7% səs çoxluğu ilə Roman Lob Almaniyanın Eurovision 2012 təmsilçisi olub.


O, Almaniyanı Bakıdakı Eurovision şousunda \"Standing Still\" mahnısı ilə təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə