\"Eurovision- 2012\" mahnı müsabiqəsi zamanı Azərbaycanın tanıtım videoçarxları üçün keçirilən kastinqlərdəki bütün fotolar kastinq meneceri və rejissorlar tərəfindən təhlil edilib. İşçi Qrupundan SİA-ya verilən məlumata görə, bunun əsasında kastinq bazası yaradılıb.
Müsabiqə ərəfəsində müxtəlif tanıtım videolarının çəkilişində bu kastinq bazasından istifadə ediləcək. Bu zaman hər bir çəkilişin formatı və tələbinə uyğun şəxslər dəvət olunacaq.
Qeyd edək ki, müsabiqəsi ilə əlaqədar yavarın 6-da və fevralın 4-də kastinqlər keçirilib. Kastinqlərin keçirilməsində məqsəd Eurovision Mahnı Müsabiqəsinin tanıtım videoçarxlarında çəkiləcək simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqədə hamının yaxından iştirakına imkan yaradılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB