«Don Juan və həndəsə» Akademik Milli Dram Teatrında- FOTOSESSİYA
Fevralın 18-də Akademik Milli Dram Teatrında M.Frişin "Don Juan və ya həndəsəyə məhəbbət" əsəri əsasında hazırlanan "Don Juan və həndəsə" adlı tamaşanın premyerası keçiriləcək. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının baş rejissoru Levan Tsuladzedir.
Bu tamaşa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan "GUAMın teatr məkanı" layihəsinin tərkib hissəsidir. "GUAMın teatr məkanı" layihəsi yalnız bu tədbirlərlə məhdudlaşmır. Daha çox strateji məqsədlərə yönələn bu layihə gələcəkdə də davam etdiriləcək.
Tamaşada Xalq Artisti Rafael Dadaşov (Don Qonsalo), Əməkdar Artistlər Əli Nur (Tenorio), Elşən Cəbrayılov (Don Rodreqo), Vəfa Rzayeva (Donna Elvira), Ayşad Məmmədov (Dieqo ata), aktyorlar Elşən Rüstəmov (Don Juan), Nigar Güləhmədova (Miranda), İlahə Həsənova (Donna Anna), Şəlalə Şahvələdqızı (Selestina), Rövşən Kərimduxt (Don Baltasar Lopes) və Aslan Şirinov (Loperello) çıxış edirlər.
Əsəri Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB