İtaliyada Sanremo festivalı başlayıb

İtaliyada Sanremo festivalı başlayıb

\"Eurovision\" təmsilçisinin müəyyən edilməsi üçün İtaliyada ənənəvi olaraq keçirilən Sanremo festivalı start götürüb. SİA-nın müsabiqənin rəsmi saytına istindaən verdiyi məlumata görə, açılış mərasiminin fəxri qonaqları arasında məşhur aktyor və müğənni, festivalın 1970-ci ildəki qalibi Adriano Çelentano da olub.


Fevralın 18-də başa çatacaq festival İtaliya pop musiqisinin əfsanəsi Canni Morandi, bəstəkar və rejissor Pokko Papaleo və Çexiyalı model İvana Mrazova aparıcılıq edir.


İtaliyanın builki təmsilçisi də məhz festival müddətində elan ediləcək.


Qeyd edək ki, Sanremo festivalı 1951-ci ildən keçirilir. \"Eurovision\" mahnı müsabiqəsi yaradılarkən Sanremo festivalı nümunə kimi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə