Bosniya və Herseqovinanın \"Eurovision-2012\" mahnısı bəlli oldu
Bosniya və Herseqovinanın \"Eurovision- 2012\"dəki təmsilçisi Maya Sar ölkəsini "Korake Ti Znam" ("I know your footsteps") mahnısı ilə təmsil edəcək. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu adıçəkilən ölkənin BHRT televiziyası xəbər verib. Mahnının sözləri və musiqisi müğənninin özünə aiddir.
Qeyd edək ki, Bosniya və Herseqovina təmsilçisi müsabiqənin II yarımfinalda çıxış edəcək. Mahnının rəsmi təqdimatının martın 10-dan 15-dək keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB