Belarusu Bakıdakı Eurovision 2012 mahnı müsabiqəsində Alyona Lanskaya təmsil edəcək. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Milli Final gecəsində 5 ifaçı yarışıb. Səsvermənin nəticələri belə olub:
| Alyona Lanskaya | 12 səs |
| "Litesound" | 10 səs |
| Günəş Abbasova | 8 səs |
| Viktoriya Aleşko | 7 səs |
| Uzari | 6 səs |
Final gecəsində bir çox tanınmış müğənnilər, o cümlədən Eurovision Mahnı Müsabiqəsinin ilk qalibi Lis Assia (Lys Assia) çıxış edib. Həmçinin Eurovision ulduzları Ruslana (Ukrayna), Aleksandr Rıbak (Norveç), Sakis Ruvas (Yunanıstan), Mariya Şerifoviç (Serbiya) öz ifalarını səsləndirib.
Final şousunda Eurovision 2011-in qalibləri Eldar və Nigar sevimli "Running Scared" mahnısını ifa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB