Almaniyanı Bakıda kim təmsil edəcək-Roman Lob, yoxsa Ornella de Santis?

Almaniyanı Bakıda kim təmsil edəcək-Roman Lob, yoxsa Ornella de Santis?

Almaniyanın Milli Seçim turu olan "Unser Star für Baku"nun yarımfinal mərhələsi keçirilib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımfinalda iştirak edən 4 ifaçıdan ikisi- Roman Lob və Ornella de Santis finala vəsiqə qazanıb. Fevralın 13-də keçirilən yarımfinalda hər iştirakçı bir mahnı ifa edib.


Almaniyanın Milli Seçimlərinin finalı isə fevralın 16-da olacaq.


Qeyd edək ki, Almaniya mayın 26-da keçiriləcək final mərhələsində birbaşa çıxış etmək hüququna malik olan 6 ölkədən biridir. Almaniya ilə yanaşı, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya və qalib ölkə kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə