Bəstəkarlar İttifaqında Qara Qarayevin xatirə gecəsi keçirilib
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda bəstəkar, xalq artisti Qara Qarayevin xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, mərasimi açıq elan edən ABİ-nin sədri xalq artisti Firəngiz Əlizadə böyük bəstəkarın həyat və yaradıcılığından söhbət açaraq, onun milli bəstəkarlıq məktəbinin inkişafındakı gördüyü əhəmiyyətli işlərdən bəhs edib.
Daha sonra çıxış edən xalq artistləri Tofiq Bakıxanov, Sevda İbrahimova, əməkdar incəsənət xadimləri Azər Dadaşov öz sənət müəllimləri barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Azərbaycan Dövlət Fortepiano Triosu: əməkdar artist Nərgiz Əliyarova (piano), əməkdar artist Töhfə Babayeva (violin), Səbinə İbrahimova (violonçel), o cümlədən beynəlxalq müsabiqələr laureatı Kəmalə Neymanovanın (piano) ifasında Qara Qarayevin "Piano üçün Prelüdlər" (3 prelüd), "7 gözəl" baletindən "Gözəllər gözəlinin rəqsi", o cümlədən "7 gözəl" baletindən "Vals" və "İldırımlı yollarla" baletindən "Çılğın qızın rəqsi"nin fortepiano triosu üçün işlənmələri ifa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB