Gürcüstanın \"Eurovision 2012\" təmsilçisi fevralın 19-da müəyyən olunacaq
Gürcüstanın Bakıda keçiriləcək \"Eurovision- 2012\" mahnı müsabiqəsinin təmsilçisi fevralın 19-da məlum olacaq. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Milli Finalda ölkə təmsilçiliyi uğrunda 9 namizəd mübarizə aparır.
Final konserti Tiflisdəki "Pavilion" konsert zalında keçiriləcək. Gürcüstanın Milli Finalında Anri Jokhadze, Boris Bedia, Edward Tatiani, Leo Jee və "November", "Vanilla Cage" "Mirror Illusion", "Rema", "Industrial City" qrupları çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB