Ermənistanı \"Eurovision-2012\"də kim təmsil edəcək?

Ermənistanı \"Eurovision-2012\"də kim təmsil edəcək?

Ermənistanın Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçısı martın 18-də elan olunacaq. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, namizədlər Ermənistan İctimai Televiziya Şurasında musiqiçilərdən, televiziya mütəxəssisləri və musiqi prodüserlərindən ibarət xüsusi komissiyanın qapalı müzakirələri nəticəsində müəyyən edilməlidir.

Sosial şəbəkələrdə isə ehtimal olunan namizədlər məsələsi çoxdan müzakirə olunur. Favoritlər sırasında 2010-cu ildə Ukraynada keçirilən "Yeni dalğa" mahnı müsabiqəsinin qalibi Sona Şahqeldyanın da adı çəkilir. BBC-nin Facebook-da keçirdiyi interaktiv sorğuda iştirak edən 280 respondentlərin çoxu Bakıda "Eurovision-2012" səhnəsində Ermənistanı əsli Qarabağdan olan müğənninin təmsil etməsini istədiklərini bildiriblər.

"Eurovision-2012" mahnı müsabiqəsinin ehtimal olunan iştirakçıları arasında "Dorians" rok-qrupun solisti Qor Sucyanın adı sosial şəbəkələrdə ön sıralarda xatırlanır.

"Dorians" qrupun müsabiqə üçün yazdığı "Bu bizim dünyadır" kompozisiyasını Youtube-da iki gün ərzində 48 min internet istifadəçisi dinləyib. Mahnı erməni gənclərin tərifli şərhlərinə layiq olub.

Qeyd edək ki, irəvanlıların bir çoxu Ermənistanın Bakı müsabiqəsində iştirak etməsini səhv, bəziləri də "abırsızlıq" hesab edirlər. Çünki Azərbaycan bu il Ermənistanda keçirilən "Eurovision" Uşaq Müsabiqəsinə öz nümayəndəsini göndərməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə