“Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı Səbinə Babayeva təmsil edəcək
Bu ilin mayında Bakıda təşkil olunacaq "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün bu gün Heydər Əliyev Sarayında 5 namizəd arasında keçirilən milli seçim turunun final gecəsində iştirakçımız məlum olub. SİA-nın məlumatına görə, bu ilki müsabiqədə Azərbaycanı Səbinə Babayeva təmsil edəcək.
Final tədbirində finalçılarla yanaşı, Türkiyənin "Eurovision- 2012" təmsilçisi Can Bonomo və Maltanın müsabiqədəki iştirakçısı Kurt Cannaje öz mahnıları ilə gecəyə daha da rəng qatıblar.
Daha sonra isə "Eurovision- 2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camal öz yeni ifalarını səsləndiriblər.
Çıxışların ardınca isə münsiflər heyətinin qərarı açıqlanıb. Münsiflərin qərarına əsasən, ölkəmizi bu ilki "Eurovision- 2012" mahnı müsabiqəsində Səbinə Babayeva təmsil edəcək.
Məlumat üçün bildirək ki, bu ilki müsabiqənin nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova olacaq.
Qeyd edək ki, "Baku Crystall Hall"da təşkil ediləcək "Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinalları mayın 22-si və 24-də baş tutacaq. Birinci yarımfinalda 18, ikinci yarımfinalda isə 19 ölkə mübarizə aparacaq. Ümumilikdə 43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB