«Müasir Azərbaycan» fotomüsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib

«Müasir Azərbaycan» fotomüsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib

Bu gün Eurovision Mərkəzində "Müasir Azərbaycan" fotomüsabiqəsinin qaliblərinə hədiyyələr təqdim olunub. Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin İşçi Qrupunun rəsmi milli facebook səhifəsində dekabrın 28-dən elan olunan fotomüsabiqədə ümumilikdə 40 foto iştirak edib. Məhz bu sosial şəbəkə səhifəsində izləyicilər tərəfindən ən çox bəyənilən üç fotonun müəllifi qalib elan olunub.

İşçi Qrupundan SİA-ya verilən məlumata görə, "Müasir Azərbaycan" fotomüsabiqəsinin qalibləri–Rəşad Mehdiyev (foto "Bakı portu"), Fərid Qarazadə ("Gündən-günə yenilənən Bakı\"), Arzu Azəri Adəm (foto "Mənim gözlərimdə yeni Bakı") seçilib.

Qaliblərə Azərbaycanın ev sahibliyi etdiyi müsabiqə ilə bağlı xatirə hədiyyələri və Heydər Əliyev Sarayında keçiriləcək Milli Final gecəsinə dəvətnamə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə