Bu gün Macarıstanda 8 finalçı \"Eurovision 2012\" şousunda çıxış etmək uğrunda yarışacaq. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdyi məlumata görə, Macarıstanın müsabiqədəki təmsilçisi iki səsvermə mərhələsindən sonra açıqlanacaq. Milli Finalın birinci hissəsində tamaşaçıların səsverməsi əsasında 4 ifaçı müəyyən ediləcək. Tədbirin super-final hissəsində münsiflər heyəti bu 4 ifaçı arasından qalibi seçəcək.
Bu axşam Norveçin Milli Final gecəsində 10 ifaçı təmsilçilik uğrunda mübarizə aparacaq. Ölkənin 57-ci Eurovision şousundakı təmsilçisinin müəyyənləşəcəyi qala konsert eurovision.tv ilə canlı yayımlanacaq.
Milli Final həyəcanı yaşayan digər Eurovision ölkəsi isə İslandiyadır. İslandiyanın builki Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi bu axşam 7 ifaçı arasından seçiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB