Günəş Abbasova Belarusun Milli Finalındakı mahnısını təqdim etdi
Belarusun \"Eurovision 2012\" üçün Milli Seçimlərində iştirak edən həmyerlimiz Günəş Abbasova finaldakı mahnısını təqdim edib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Milli Final fevralın 14-də keçiriləcək.
"Tell me why" adlanan mahnının sözləri Zəhra Bədəlbəyliyə, musiqisi isə İsa Məlikova aiddir. Günəş elə bu müəlliflərin "And morning will come" mahnısını yarımfinal mərhələsində ifa etmişdi.
Məlumat üçün bildirək ki, Zəhra Bədəlbəyli Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2008-dəki "Day after day" mahnısının sözlərinin müəllifi, İsa Məlikov isə bu müsabiqədə iştirak edən Aysel və Eurovision 2011-in qalibi Nigar Camalın musiqi prodüseridir.
Qeyd edək ki, Belarusun Milli Finalında ölkə təmsilçiliyi uğrunda 5 iştirakçı yarışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB