Elza İbrahimova ilə vida mərasimi İncəsənət Gimnaziyasında keçiriləcək-YENİLƏNİB

Elza İbrahimova ilə vida mərasimi İncəsənət Gimnaziyasında keçiriləcək-YENİLƏNİB

Bu gün dünyasını dəyişən Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Elza İbrahimova ilə vida mərasimi İncəsənət Gimnaziyasında keçiriləcək.


Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, mərhumun cənazəsi bu gün saat 14:30-da orada götürüləcək. Elza İbrahimova II Fəxri xiyabanda dəfn olunacaq.


Elza İbrahimova 1938-ci il yanvarın 10-da anadan olub. 1992-ci ildən Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi idi. Mərhum bəstəkar yaddaqalan romans və mahnıların müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə