Eurovision 2012 üçün akkreditasiyanın vaxtı açıqlandı

Eurovision 2012 üçün akkreditasiyanın vaxtı açıqlandı

Bakıda keçiriləcək \"Eurovision-2012\" mahnı müsabiqəsində nümayəndə heyətləri, pressa və fanlar üçün akkreditasiyanın başlanma tarixi açıqlanıb. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, akkreditasiya prosesi fevralın 15-i Mərkəzi Avropa vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaq. Qeydiyyat aprelin 20-si Mərkəzi Avropa vaxtı ilə saat 23:59-a (Bakı vaxtı ilə saat 02:59) kimi davam edəcək.

Akkreditasiya prosesi Eurovision Mahnı Müsabiqəsinin rəsmi saytı olan eurovision.tv-də Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçiriləcək.

Aprelin 20-də proses bağlandıqdan sonra bu sistemə müraciət edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət verilmir.

May ayında keçiriləcək müsabiqə üçün biletlər və otellər barədə ətraflı məlumat yaxın zamanlarda açıqlanacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə