“6-cı mikrorayon rəssamları” öz əsərlərini nümayiş etdirib- FOTOSESSİYA

“6-cı mikrorayon rəssamları” öz əsərlərini nümayiş etdirib- FOTOSESSİYA

Bu gün Muzey Mərkəzində "6-cı mikrorayon rəssamları" adlı sərginin açılışı keçirilib. SİA-nın məlumatına görə,sərginin açılışında çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri və xalq rəssam Fərhad Xəlilov bildirib ki, sərgidə nümayiş olunan əsərlər bir-birindən fərqliliyi, ayrı-ayrılıqda orijinallığı, üslub rəngarəngliyi ilə diqqət çəkir, eyni zamanda ümumbəşəri dəyərlərin tərənnümü kimi ümdə məsələlər üzərində düşünməyə imkan verir.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının 6-cı mikrorayonda yerləşən yaradıcılıq emalatxanalarında fəaliyyət göstərən rəssamların əsərləri nümayiş olunub.

Sərginin təşkilində əsas məqsəd rəssamların bədii axtarışlarının müxtəlifliyini göstərmək, Azərbaycan rəssamlarının yaradıcılıq dünyasının, bədii təfəkkür tərzinin genişliyini, uzun illər emalatxanada qalaraq, heç vaxt sərgi salonlarına çıxarılmayan sənət incilərinin nümayişindən, Azərbaycan rəssamlarının yaradıcılığının dəstəklənməsi və təbliğindən ibarətdir.


Bütün xəbərlər Facebook səhifəmizdə