“Buzovna kəndinin əhvalatları” tamaşasına ictimai baxış keçirilib

“Buzovna kəndinin əhvalatları” tamaşasına ictimai baxış keçirilib

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Buzovna kəndinin əhvalatları" iki hissəli komediyaya ictimai baxış keçirilib. SİA-nın məlumatına görə, tamaşa xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunan nəsr əsərləri əsasında hazırlanıb. Tamaşanı səhnə üçün xalq artisti Cənnət Səlimova hazırlayıb.

İctimai baxışda teatrın direktoru və Bədii Şuranın sədri Mübariz Həmidov, Şuranın üzvləri Yasin Qarayev, Rafiq Rəhimli, Ələsgər Muradxanlı və başqaları iştirak ediblər.

Rollarda aktrisa Nuriyyə Əliyeva, aktyor Sərvər Əliyev, Vahid Orucoğlu, Elşən Çahanlı və başqaları çıxış edib.

Qeyd edək ki, tamaşanın premyerası fevralın 18-19-da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə