Milli Final İctimai Televiziya və eurovision.tv ilə canlı yayımlanacaq

Milli Final İctimai Televiziya və eurovision.tv ilə canlı yayımlanacaq
\"Eurovision- 2012\" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan təmsilçisinin seçiləcəyi final gecəsi tamaşaçıları maraqlı şou gözləyir. SİA-nın Azərbaycan üzrə rəsmi saytına istinadən verdiyi məlumata görə, Heydər Əliyev Sarayında keçiriləcək Milli Finalda bir çox sənət adamları, ötən illərdəki Eurovision təmsilçilərimiz çıxış edəcək.


Türkiyə və Maltanın \"Eurovision-2012\"dəki təmsilçiləri Can Bonomo və Kurt Kalleya da finalda iştirakçılara dəstək olacaq.


Şounun aparıcıları Hüsniyə Məhərrəmova, Leyla Əliyeva və Kamran Quliyevdir.




Bütün xəbərlər Facebook səhifəmizdə