\"Eurovision- 2012\"də iştirak edən ölkələrin Milli Finalının təqvimi

\"Eurovision- 2012\"də iştirak edən ölkələrin Milli Finalının təqvimi
\"Eurovision- 2012\" mahnı müsabiqəsində iştirak edən ölkələr öz təmsilçilərinin seçimini davam etdirir. Əksər ölkələrin Milli Finalı fevral ayına nəzərdə tutulub. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, milli finalların tarixini açıqlayan ölkələr üzrə təqvim aşağıdakılardır:


Belə ki, Macarıstan, İslandiya, Norveç fevralın 11-də, Azərbaycan 12-də, Belarus 14-də, Almaniya 16-da, İtaliya, Latviya, Ukrayna 18-də, İrlandiya və Avstriya 24-də, Finlandiya 25-də, Niderland, Rusiya və Sloveniya 26-da, Bolqarıstan 29-da, Estoniya və Litva 3-də, Moldova, Portuqaliya və İsveç isə 10 martda öz təmsilçilərini seçəcəklər.


Qeyd edək ki, bu ilki müsabiqədə iştirak edən ölkələrin təmsilçiləri martın 20-dək müəyyən edilməlidir.



Bütün xəbərlər Facebook səhifəmizdə