Heydər Əliyev Sarayında Novruz şənliyi

Heydər Əliyev Sarayında Novruz şənliyi

Heydər Əliyev Sarayı yenə də öz ənənəsinə sadiq qalaraq azyaşlı tamaşaçılarını sevindirməyə davam edir. SİA-nın məlumatına görə, martın 22-si və 23-ü uşaqlar Novruz bayramını məhz Sarayda əyləncəli proqramla qeyd edəcəklər. İştirakçı kollektivlər şənliyinin yüksək şəraitdə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər. bu səbəbdən də Novruz şənliyinin başlamasına 1 aydan çox vaxt qalmasına baxmayaraq, artıq məşqlərə başlayıblar. Konsert məhz bayram günlərinə təsadüf edib.

Məlumat üçün bildirək ki, konsertdə yeni proqram təqdim olunacaq. Bununla yanaşı, proqramda bir- birindən gözəl maraqlı ifalar və rəqslər şənliyə daha da rəng qatacaq. Biletlər artıq satışdadır. Biletin qiyməti 5-10 manat arasındadır.

Qeyd edək ki, Novruz Şənliyinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə