Səbinə Babayeva: \"Finala çox sakit və pozitiv hazırlaşıram\"- MÜSAHİBƏ (FOTOSESSİYA)
\"Eurovision-2012\"nin Azərbaycan üzrə milli seçim turunun finalçısı Səbinə Babayevanın SİA-ya müsahibəsi:
Məlumat üçün onu da bildirək ki, Səbinə həmçinin 2011-ci ildə milli seçim turunda iştirak edib, lakin beşinci həftədə 3-cü yeri qazanaraq yarımfinala vəsiqə qazana bilməmişdi.
- Özünüz haqqında qısa məlumat verərdin...
- 10-12 yaşımda \"Şən notlar\" xorunun solisti olmuşam. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil olub və oranı vokal sinfi üzrə bitirmişəm. İş həyatım üzrə nəalliyyətlərim bunlardır: 1999-cu ildə musiqi institutları arasında keçirilən \"Dalğa\" yarışmasında xarici mahnının ən yaxşı ifası nominasiyası üzrə 1-ci mükafatın laureatı; \"Golden Hit/99\" gənc vokal ifaçıları beynəlxalq müsabiqəsinin laureatı; Aqressiya qurbanı olan Günahsız Uşaqların Beynəlxalq Günü və BM proqramı olan Sülh Mədəniyyəti 2000 Beynəlxalq İlinə həsr edilmiş xeyriyyə konsertlərində iştiraka görə diplom; İkinci Dünya Müharibəsindən 55 il keçməsi münasibətilə təşkil olunan beynəlxalq fesivalın 1-ci mükafatının laureatı; \"Qızıl açar 2001\" - ifaçıların respublika müsabiqəsinin 1-ci mükafatının laureatı; Latviyada keçirilən \"Amberstar 2009\" gənc ifaçıların beynəlxalq müsabiqəsinin qran-prisi; \"Slavic Star 2009\" adlı gənc ifaçıların beynəlxalq müsabiqəsinin qran-prisi; \"Bəyaz Həyat\" filmində \"Röya kimi\" soundtrack\'in ifaçısı; \"Notre Dame De Paris\" (Fler de Lis) muziklında ifaçı kimi uğurlarım olub.
- "Eurovision" mahnı müsabiqəsi sənin üçün nə deməkdir?
- Digər iştirakçılardan səni nə fərqləndirir?
- 3 ildi ki, müsabiqənin milli seçimlərində iştirak edirəm. Bununla yanaşı, onlardan biraz təcrübəm çoxdur.
- Kimi özünə rəqib görürsən?
- 5 nəfərin 5-ni də özümə rəqim görürəm.
- Bir çoxları sənin finalda qalib olacağını düşünür. Sən necə düşünürsən?
- Hər birimizin şansı böyükdür və ümidvaram ki, ən layiqli iştirakçılardan biri seçilərək Azərbaycanı müsabiqədə təmsil edəcək.
- Əgər finalda seçilməsən müsabiqəyə kimin getməyini istəyərsən?
- Milli seçimin müsiflər heyəti çox təcrübəli insanlardan ibarətdir və onlar kimi seçsələr mən də o, namizədlə tam razı olaram.
- Finala az vaxt qalıb. Necə hazırlaşırsan, mahnı seçimlərin artıq bəllidir?
- Evdəkilər və musiqiçilərlə məsləhətləşərək finaldakı repertuarımı seçirəm. Həmin günə çox sakit və pozitiv hazırlaşıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB