İsveçrənin Eurovision təmsilçisi: \"İfamızın gücünə inanırıq\"
İsveçrənin \"Eurovision- 2012\"dəki təmsilçisi "Sinplus" qrupu Bakıda uğurlu çıxış edəcəyinə inanır. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, qrup Bakı səhnəsində "Unbreakable" mahnısı ilə maraqlı və yaddaqalan çıxışa hazırlaşır.
Qrupun üzvləri bildirib ki, canlı şouya, maraqlı performansa hazırlaşırlar: \"Sevindirici haldır ki, qısa müddətdə izləyicilərdən çoxsaylı dəstək qazanmışıq. Biz İsveçrə adından çıxış edəcəyimizə çox sevinirik. Əslən italyan olan İsveçrəliyik və bu ölkənin adından çıxış etməyimizə qərar verilməsi müsbət haldır".
Qrup üzvləri milli seçimlərdə müsabiqənin ilk qalibi Lis Assianı (Lys Assia) üstələyərək təmsilçi seçilmələrinə də münasibət bildirib: "Sözsüz ki, Lis Assia çox əziz insan və peşəkar müğənnidir. Amma biz Bakıya gedirik və buna sevinirik. Lis Assia Eurovision tarixində öz sözünü deyib".
"Sinplus" Eurovision 2012-dəki şanslarını qiymətləndirərək ifalarının gücünə inandıqlarını bildirib. "Biz musiqinin gücünə inanırıq və standart Eurovision üslubunda mahnı ifa etməyəcəyimizə sevinirik. Yəqin ki, bu fərqlilik bizə uğur qazandıracaq və qalibiyyət gətirəcək".
"Sinplus" qrupunun üzvləri tanıtım turu çərçivəsində Ukrayna, Latviya və digər ölkələrdə maraqlı çıxış edəcəklərini də açıqlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB