Hüseyn Xan Naxçıvanski haqqında \"Şərəfli ömür\" filmi

Hüseyn Xan Naxçıvanski haqqında \"Şərəfli ömür\" filmi

\"Bir çox ölkələrin film studiyaları ilə birlikdə layihələr həyata keçiririk. Bu ənənəyə sadiq qalaraq növbəti layihə Sankt-Peterburqun \"Lennauçfilm\" studiyasının əməkdaşlığımızdır\". Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirib.

Onun sözlərinə görə, \"Salnamə\" studiyası ilə Sankt-Peterburqun \"Lennauçfilm\" studiyasının əməkdaşları Hüseyn Xan Naxçıvanski haqqında film çəkiləşləri başlamaq üzrədir: "\"Şərəfli ömür\" adlı film Rusiyanın imperatoru II Nikolaya ən yaxın hərbçi general Hüseyn Xan Naxçıvanskinin qəhrəmanlığı və peşəkarlığı haqqındadır".

Yusif Şeyxov onu da vurğulayıb ki, Naxçıvandan sonra filmin çəkilişi Bakı, Tiflis, Sankt-Peterburq və Moskvada davam etdiriləcək.

Məlumat üçün bildirək ki, Hüseyn Xan Naxçıvanski 15 yaşında ikən Peterburqdakı Paj korpusu məktəbinə verilib, 1881-ci ildə məktəbi əla qiymətlərlə bitirib, çarın xüsusi süvari qoşununda xidmət edib. Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə