Dövlət Muğam Teatrının rəhbəri Arif Qazıyev yalan məlumatların yayılması haqda danışıb. SİA-ya açıqlama verən teatr rəhbəri bunları deyib: "Kimlərsə teatrın nüfuzuna kölgə salmaq istəyirlər. Mənim adımdan sayıtlarda yalnış məlumatlar yerləşdirilir. Təbii ki, bu da teatrın rəhbəri kimi məni narahat edir. Mən hər zaman mətbuata hörmətlə yanaşan insan olmuşam. Yazılarda bəzi əməkdar artistlərdən işdən çıxarıldığı deyilir. Teatrda əməkdar artistlərimizdən heç kim işdən azad olunmayıb. Hətta Muğam Teatrına aidiyyatı olmayan sənət adamlarımızın adları da qeyd olunur. Bizdə fəaliyyət göstərməyən sənətçini işdən necə azad edə bilərik? Mən o, sənətçilərin sənətinə və şəxsiyyətlərinə hörmət etdiyim üçün ad çəkmək istəmirəm. Bizim teatr ciddi mədəniyyət qürumu olduğu üçün ətrafında qalmaqallın yaranması bizi çox narahat edir. Muğam Teatrı ilə bağlı mənimlə əlaqə saxlanılmadan məlumatlar yerləşdirməsin".
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB