Kurt Calleja: “Maltanı bu mötəbər yarışda təmsil etməkdən qürur hissi keçirirəm”
\"Bu mənim gözlədiyim ən həyəcanlı mahnı müsabiqəsidir və Malta xalqını, ölkəmi bu cür mötəbər yarışda təmsil etməkdən qürur hissi keçirirəm". SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bunu Maltanın \"Eurovision- 2012\"dəki təmsilçisi Kurt Calleja deyib. Təmsilçi bu məsuliyyəti tək yox, bütün komandası ilə birlikdə daşıyacağını qeyd edib.
Finalda 16 namizəd arasından birincilik əldə etməyin və ölkə təmsilçisi adını qazanmağın böyük qələbə olduğunu deyən K.Calleja musiqini həyatının başlıca mənası adlandırıb. Onun fikrincə, "Eurovision"un keyfiyyəti hər il daha da yüksəlir, sevimli müğənnilər üzə çıxır.
Eurovision 2011-in qalibləri Eldar və Nigarın ifa etdikləri "Running Scared" mahnısını çox sevdiyini deyən Malta təmsilçisi daha çox rok-n-roll janrına üstünlük verdiyini də bildirib.
Qeyd edək ki, Malta təmsilçisi fevralın 12-də Heydər Əliyev Sarayında Azərbaycanın Milli Seçimlərinin final mərhələsinin qonağı olacaq. Kurt Calleja Bakı səhnəsində \"This is my life\" mahnısıyla çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB