Erməni nazir: \"Ermənistan “Eurovision- 2012”də mütləq iştirak edəcək\"

Erməni nazir: \"Ermənistan “Eurovision- 2012”də mütləq iştirak edəcək\"

Ermənistan Azərbaycanda keçiriləcək "Eurovision- 2012"də mütləq iştirak edəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın mədəniyyət naziri Asmik Poqasyan bildirib.

\"Bu cür yarışlarda iştirak etmək Ermənistanın xeyrinədir. Bu mənim şəxsi fikrimdir. Ermənistan hər yerdə və bütün formalarda imkan daxilində daha çox iştirak etməlidir. Müsabiqədə məğlub olsaq belə bu bizim üçün önəmli layihədir. Ona görə də yarışmada Ermənistan üçün faydalı olacaq",- deyə nazir əlavə edib.

Qeyd edək ki, 57-ci Eurovision mahnı müsabiqəsində Ermənistanın iştirak etməsi hazırda mətbuatın gündəm yazısına çevrilib. Ermənistan mətbuatı müsabiqədə kimin ölkəni təmsil edəcəyi barədə sorğu da keçirib. Sorğuda iştirak edənlər təmsilçinin Qarabağ əsilli olmasını istəyiblər.

Ermənistanın "Haykakan Zhamanak" qəzeti isə ölkəni bu müsabiqədə Tatanın təmsil olunacağını deyib. Ölkənin "Eurovision" üzrə nümayəndəsi Qoar Qasparyan məlumatı təkzib edib. O, bildirib ki, Bakıya gedəcək iştirakçının kimliyi hələ sual altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə