Gənc ifaçıların beynəlxalq müsabiqədə növbəti uğuru

Gənc ifaçıların beynəlxalq müsabiqədə növbəti uğuru

Estonyanın Narva şəhərində F.Şopen adına gənc ifaçıların IX Beynəlxalq müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, bu müsabiqədə Estoniya, Ukrayna, Rusiya, Polşa, Özbəkistan, Latviya, Litva, Belarusiyadan 62 ifaçı iştirak edib.

O cümlədən, Azərbaycan da bu müsabiqədə layiqincə təmsil olunub və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Müsabiqədə iştirak edən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin XI sinif şagirdi, prezident təqaüdçüsü Zeynalov Rüstəm (müəllim Mirzəquliyeva Dilarə), müsabiqənin Qran-pri mükafatına və IX sinif şagirdi Nərmin Nəcəfli (müəllim Rəhimova Ədilə) II yaş qrupunda I mükafata və F.Şopen institutun xüsusi diplomuna layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə