Düsseldorfda Eurovision səhnəsində Azərbaycana qalibiyyət gətirən Eldar və Nigara bu gün Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2011-ci İlin Adamı" mükafatı təqdim edilib. SİA-nın məlumatına görə, bu mükafat əsasən ölkənin inkişafı naminə uğurlu fəaliyyət göstərən və hər hansı sahədə fərqlənən şəxslərə verilir.
Eldar və Nigar "İlin Adamı" mükafatına Düsseldorf səhnəsində əldə etdikləri birinciliyə və bununla da Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təbliğinə verdikləri töhfəyə görə layiq görülüb.
Tədbridə çıxış edən ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev bildirib ki, Düsseldorfda Eurovision səhnəsində qalib gələn təkcə iki gəncin səsi deyildi, bu, hər birimizin ucaltdığımız səslərin cəmi, yüksək təşkilatçılığın nəticəsi idi. "Azərbaycan təbii ki, buna qədər də Avropada tanınırdı, amma etiraf edək ki, bu qələbə Azərbaycanı daha da məşhur etdi və tarixə həkk olundu"-deyə Seyfulla Mustafayev bildirib.
Daha sonra Eldar Qasımov və Nigar Camalın Düsseldorf səhnəsində qalibiyyətini əks etdirən videoçarx nümayiş etdirilib. E. Qasımov mükafata layiq görülmələrindən qürurlandıqlarını söyləyib. O bəyan edib ki, Azərbaycan növbəti illərdə də belə qələbələr qazanacaq. N. Camal da öz növbəsində təşəkkürünü bildirib və bu mükafatın çox dəyərli olduğunu vurğulayıb. Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən onların hərəsinə 2 min manat pul mükafatı verilib və saat hədiyyə olunub.
Məsul şəxslərin, diplomatik korpus nümayəndələrinin, tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirin sonunda Eldar və Nigar onlara qələbə qazandıran "Running Scared"i ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB